
FIFA argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı tvitter səhifəsində növbəti dəfə paylaşım edib.
Sportnet.az-ın məlumatına görə, qitə futbol qurumunun İsveçrənin Sürix şəhərindəki mənzil-qərargahında bütün bayraqların endirildiyi bildirilib.
"Hamımız dahi Dieqo Maradonun vəfatı ilə əlaqədar yas tuturuq", - paylaşımda qeyd olunub.
Xatırladaq ki, Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib.