AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik beynəlxalq oyuna təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, avstriyalı mütəxəssis UEFA Çempionlar Liqasında qrup mərhələsinin"Atletiko" (İspaniya) - "Bavariya" (Almaniya) matçında hakim-inspektor olacaq.
Qarşılaşma dekabrın 2-də Madriddə keçiriləcək.