Fransanın PSJ klubunun və Braziliya millisinin futbolçusu Neymarın dostu Tyaqo Ramos Meksikada bıçaqlanıb.
Sportnet.az-ın məlumatına görə, insident Kankun şəhərindəki barlardan birində baş verib. Ona 3 nəfər hücum edib. Ramosun həyatı üçün təhlükə yoxdur.
Qeyd edək ki, apreldə Neymarın anası və Tyaqo Ramos arasında sevgi macərası barədə xəbərlər yayılıb. Bir neçə həftə sonra cütlük ayrılsa da, sonradan yenidən birgə olublar.