Argentina millisinin futbolçusu Lionel Messi klubu tərk etməyə hazırlaşmır. Sportnet.az-ın Mundo Deportivo"ya istinadən məlumatına görə, 33 yaşlı hücumçu Kataloniya komandasında daha 3 il qalmaq niyyətindədir.
Bu, klubun Messiyə yeni müqavilə təklif edəcəyi təqdirdə gerçəkləşəcək. Hazırkı situasiyada hər şey klub prezidenti seçkisində kimin qalib olacağından asılıdır.
Qeyd edək ki, bu mövsüm Lionel Messi 10 oyunda 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub.