"France Football" nəşri futbol tarixində xəyalların komandasını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, ən yaxşı "11-lik"də hazırda karyerasını davam etdirən 2 oyunçunun adı daxil edilib. Bunlar İspaniya "Barselona"sının kapitanı Lionel Messi və İtaliya "Yuventus"unun hücumçusu Kriştianu Ronaldudur.
Rəmzi heyət 3-2-2-3 taktiki sxemi üzərində hazırlanıb.
Qapıçı: Lev Yaşin (Rusiya)
Müdafiəçilər: Kafu (Braziliya), Frants Bekkenbauer (Almaniya), Paolo Maldini (İtaliya)
Yarımmüdafiəçilər: Lotar Matteus (Almaniya), Xavi Ernandes (İspaniya), Dieqo Maradona (Argentina), Pele (Braziliya)
Hücumçular: Lionel Messi ("Barselona", İspaniya), Ronaldo (Braziliya), Kriştianu Ronaldu ("Yuventus", İtaliya)
Qeyd edək ki, xəyalların komandasını "Qızıl top" mükafatının səsverməsində iştirak edən 140 nəfər jurnalistdən ibarət münsiflər heyəti müəyyənləşdirib.