
İngiltərə və Türkiyədəki futbol matçlarına pul qoyuluşu edən bir nəfər 30 dollar qarşılığında 1 milyon dollar qazanıb. Sportnet.az-ın məlumatına görə, mərkəzi Avstraliyada olan "Sportsbet" adlı internet mərc saytında birinci hissə və matçın ümumi nəticələrini düzgün təxmin edən bəhsçi, Türkiyə Kubokunda oynanan "Giresunspor"-"Gənclərbirliyi" qarşılaşmasının da nəticəsini doğru tapa bilib.
Qeyd edək ki, "Sportsbet" şirkətinin idarəçisi Kristian Jantzen "Bu mərc qəti olaraq tarixə düşəcək bir bəhsdi" deyə təəcüblənidiyini bildirib.