Almaniyanın "Borussiya".(Dortmund) komandasının futbolçusu Erlinq Holann "Glden Boy" ("Qızıl oğlan") mükafatını alıb.
Sportnet.az xəbər verir ki, bu mükafatı Tuttosport" nəşri Avropada ən yaxşı gənc oyunçu üçün təsis edib. Norveçli hücumçunun qalib olduğu noyabrın 21-də açıqlanıb. Bu gün isə Holann mükafatına qovuşub. Təltifetmədən sonra fotosunu paylaşan gənc forvard "Fəxr edirəm" yazıb.
Qeyd edək ki, Erlinq Holann Dortmund "Borussiya"sına bu ilin əvvəlində Avstriya "Zaltsburq"undan keçib. O, 32 görüşdə 33 dəfə fərqlənib.