
İngiltərə Premyer Liqası klublarından "Kristal Palas" baş məşqçi Nil Uornokla yollarını ayırıb. Sportnet.az-ın məlumatına görə, avqust ayında ikinci dəfə "Kristal Palas"ın sükanı arxasına gətirilən Uornokun müqaviləsi uğursuzluq səbəbiylə ləğv edilib.
Onun rəhbərliyi altında son olaraq, "Sauthempton"a 1:3 məğlub olan "Kristal Palas, 18 matçda 15 xal toplayıb, liqada 18-ci yerə qədər geriləmişdi.
İngilis məşqçi Premyer Liqada bu mövsüm işinə son verilən ilk məşqçi oldu.