
İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kriştianu Ronaldu 26 dekabr 2004-cü ildə Hind okeanının sahilyanı zolağında baş vermiş sunami zamanı sağ qalan oğlana futbolkasını göndərib. Sportnet.az-ın məlumatına görə, bu barədə portuqaliyalı forvard klubun rəsmi saytına açıqlama verib.
"Ölənlərin xatirələrini yad edir, sağ qalan uşaqların gücü ilə qürur duyur və əl tutan hər kəsə minnətdarlıq edirəm" deyə Ronaldu bildirib.
Qeyd edək ki, əynində Portuqaliya yığmasının forması olan Martunis adlı oğlanı telekanallardan birinin çəkiliş briqadası sunamidən sonra təsadüfən tapıb. Bundan az sonra Kriştianu Ronaldu onunla şəxsən görüşmək üçün fəlakət yerinə uçub. Sunaminin 10 ili tamam olan gün Ronaldu arxasında adı yazılmış və özünün avtoqrafı olan futbolkasını hazırda 18 yaşı olan Martunisə göndərib. Sunami isə 6000-dək insanın həyatına son qoyub.








































































