Azərbaycan Premyer Liqasında XII turun "Sabah"la oyununda zədələnən Yusuf Lavalın durumuna aydınlıq gəlib.
Klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyevin Sportnet.az-a verdiyi məlumata görə, arxa əzələsi dartılan 22 yaşlı yarımmüdafiəçi "Keşlə" ilə XIII tur matçını buraxacaq.
Bu isə o deməkdir ki, nigeriyalı oyunçu üçün 2020-ci il vaxtından əvvəl başa çatıb.
Qeyd edək ki, Yusuf Laval dünənki görüşün 60-cı dəqiqəsində zədələnərək, yerini Sabir Buqrinə verib. Səfər matçı "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 2:0.