Qismət Alıyev “Zirə”də qol hesabını açıb.
Sportnet.az xəbər verir ki, o, Premyer Liqanın XII turunun “Sumqayıt”la oyununda (2:2) fərqlənib. Yarımmüdafiəçi “qartallar”ın heyətində keçirdiyi 7-ci matçda ilk qolunu vurub.
Alıyev klub tarixinə Premyer Liqada qol sevinci yaşayan 46-cı futbolçu kimi düşüb. Onadək komandamızın 45 üzvü rəqib qapılarına yol tapıb. Komandanın digər qolunun müəllifi Ağabala Ramazanov isə rekorda imza atıb. O, “Zirə”nin çempionatda ən yaxşı yerli bombardiri olub.
“Qartallar"ın heyətində 12-ci matçına çıxan hücumçu 7-ci dəfə fərqlənib. Komandanın kapitanı bununla da 6 qol vuran Vüsal İsgəndərlini arxada qoyub.
Ramazanov “Zirə”nin Premyer Liqadakı bombardirləri cədvəlində 5-cı sırada qərarlaşıb. O, yalnız legionerlərdən – Nelson Bonilla (14), Riçard Qadze (13), Xulio Sezar Rodrigez (12) və Milan Duriçdən (8) geri qalır.