
Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən olan Serbiya yığması ABŞ-a təlim-məşq toplanışına yollanacaq.
Sportnet.az "pink.rs" saytına istinadən xəbər verir ki, 2021-ci il yanvarın 21-də start götürəcək hazırlıq prosesi 11 gün davam edəcək.
Toplanış üçün millinin heyətinə yalnız yerli çempionatda oynayan futbolçular dəvət alacaq. Hazırlıq müddətində 2 yoldaşlıq matçı nəzərdə tutulub. Rəqiblər ABŞ və Dominikan Respublikası yığmaları olacaq. Görüşlərin vaxtı hələ açıqlanmayıb.
Qeyd edək ki, Azərbaycan millisi A qrupunda Serbiya ilə yanaşı, Portuqaliya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq.