Sabiq futbolçusu Derlis Meza Kollini heyətinə qatmaq istəyən "Keşlə" ilə Rumıniya "Arceş"i arasında problem yaranıb.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçinin qış transfer dönəmində Bakı klubuna keçidi gerçəkləşməyə bilər.
"Arceş"in paraqvaylı oyunçu üçün tələb etdiyi transfer məbləğini "Keşlə" yetərincə böyük hesab edilib.
Təcrübəli oyunçu yalnız klubu ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edə bilsə, "Keşlə"yə keçə biləcək.
Qeyd edək ki, Derlis Meza Kolli Azərbaycanda "Qəbələ" və "Neftçi"nin də formasını geyinib. O, hazırda “Keşlə”dən çıxış edən Sezar Meza Kollinin qardaşıdır.