
"Keşlə" klubu Vətən müharibəsində iştirak etmiş azarkeşlərinin adlarını açıqlayıb.
Sportnet.az klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, "Old Wolf" fan-klubunun 9 üzvü 44 günlük müharibə vaxtı Ordu sıralarında xidmət edib.
Onlardan biri - İsrail Cəfərzadə döyüşlərdə şəhid olub.
Həmin azarkeşlər bunlardır:
Şəhid İsrail Cəfərzadə
Əsgər Fərid Əliyev
Əsgər Vüsal Novruzlu
Əsgər Əjdər Əhmədov
Əsgər Təvəkkül Tarverdiyev
Əsgər Kamran Yusifov
Əsgər Emil Soltanov
Əsgər Ağali Həsənbəyov
Əsgər Nəzər Cəfərov