Qış fasiləsində "Səbail"dən ayrılan iranlı futbolçu Bəxtiyar Rəhmani İsveçin "Dalkurd" komandasına keçib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi aşağı liqa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
Keçidi ilə bağlı danışan təcrübəli oyunçu "dənizçilər"in baş məşqçisi Aftandil Hacıyevə və keçmiş komanda yoldaşlarına təşəkkür edib.
Qeyd edək ki, Bəxtiyar Rəhmani 2020-ci ilin noyabrında "Səbail"ə keçib. O, Premyer Liqa təmsilçisində 3 oyunda meydana çıxıb.