"Azərbaycanda gündəlik təqribən minə yaxın yoluxma olur. Ümumi vəziyyət yaxşıdır".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "TMW Radio"ya müsahibəsində deyib.
İtaliyalı mütəxəssis Bakıya qayıdacağı tarixi açıqlayıb: "Ölkədə sərt karantin rejimi tətbiq olunur. Bu, yanvarın 18-də başa çatacaq. Azərbaycana məhz həmin tarixdən sonra yollanacağam".
DÇ-2022-nin seçmə mərhələsinin oyunları barədə də danışan 65 yaşlı baş məşqçi çətin olacağını söyləyib: "Martın 24-də səfərdə Portuqaliya ilə qarşılaşacağıq. Daha sonra Qətər və Serbiya ilə üz-üzə gələcəyik. Bir həftə ərzində 3 görüş keçirəcəyik. Asan oyun olmayacaq. Amma əlimizdən gələni edəcəyik. Oyunlar öncəsi heyətimizin necə olacağını bilmirik".
Qeyd edək ki, martın 24-də Portuqaliyanın qonağı olacaq Azərbaycan millisi, 27-də Qətər, 30-da isə Serbiya ilə qarşılaşacaq.