"Neftçi-2” təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Spornet.az xəbər verir ki, əvəzedicilər "Sumqayıt-2” ilə qarşılaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ehtiyat meydançasında baş tutan və "Neftçi TV” vasitəsilə canlı yayımlanan matçda heç-heçə qeydə alınıb – 1:1.
Hesabı 52-ci dəqiqədə meydan sahibləri açsa da, Əmrah Bayramov 87-ci dəqiqədə penalti zərbəsi ilə bərabərlik qolunu vurub.
Qeyd edək ki, yanvarın 11-dən "Türk Hava Yolları Futbol Mərkəzi”ndə təlim-məşq toplanışında olan "Neftçi-2” ayın 15-dəki ilk sınaq matçında "Keşlə-2” ilə qarşılaşmışdı (1:1). Əvəzedicilərin daha iki yoxlama oyunu keçirməsi planlaşdırılır.