"Qarabağ" klubunun sabiq futbolçusu Sergey Kravçenko 38 yaşında yeni kluba keçib.
Sportnet.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi Ukraynanın II liqasında çıxış edən "Çernomorets"lə müqavilə imzalayıb.
Ukraynalı oyunçunun Odessa təmsilçisi ilə sözləşməsinin müddəti göstərilməyib.
Qeyd edək ki, Sergey Kravçenko 2005/2006 mpvsümündə "Qarabağ"ın formasını geyinib. Donetsk "Şaxtyor"unun yetirməsi olan yarımmüdafiəçi 10 dəfə Ukrayna millisində çıxış edib və 1 qol vurub. O, son olaraq "Dnepr-1"in uğurları üçün çalışıb.