"Hazırlıq prosesi yaxşı gedir, ciddi hazırlaşırıq. Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Qəbələ"ni üstələdikdən sonra Komandamızda müsbət əhval-ruhiyyə var, hər şey qaydasındadır".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ" komandasının kapitanı Maksim Medvedev "Neftçi"yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XV tur matçı barədə danışarkən deyib.
32 yaşlı müdafiəçi komandasını maraqlı oyunun gözlədiyini söyləyib: "Bilirik ki, əsas rəqiblərimizdən biri "Neftçi"dir. Qarşıdakı oyunda baş məşqçimiz Qurban Qurbanovun tapşırıqlarını yetirərək, ən yaxşısını etmək istəyirik. Qələbə qazana biləcəyimizə inanırıq".
Qeyd edək ki, fevralın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 18:30-da başlayacaq.