Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirib.
Sportnet.az xəbər verir ki, rəqib “Turan Tovuz” komandası olub. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. U-18-in qollarını Rüstəm Hümbərov və Rəşad Həsənov vurub.