Dortmund "Borussiya"sının futbolçusu Ceydon Sanço Almaniya Bundesliqasında məhsuldarlıq rekordu müəyyənləşdirib.
Sportnet.az-ın məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi XXII turun "Şalke" ilə səfər matçında hesabı açaraq, çempionatda 35-ci topunu vurub. Bununla da ingiltərəli Sanço Bundesliqada 35 qol həddinə çatan ən gənc oyunçu olub.
Görüş qonaq komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
Qeyd edək ki, Ceydon Sanço Dortmund "Borussiya"sında 2017-ci ildən forma geyinir. Onun aktivində bütün turnirlərdə 128 oyuna 44 qol və 59 məhsuldar ötürmə var.