
"Neftçi" Azərbaycan Premyer Liqasının XVII turunun "Zirə" ilə matçına itki ilə çıxacaq.
Klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyevin Sportnet.az-a verdiyi məlumata görə, "Qarabağ"la XV tur qarşılaşmasında (2:1) birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılan müdafiəçi Ömər Buludovun sabahkı görüşdə iştirak etməyəcəyi dəqiqdir.
Zədəsini yenicə sağaltmış yarımmüdafiəçi Samir Buqrinin isə meydana çıxıb-çıxmayacağı sual altındadır.
"Zirə"də isə cəzalı Dmitrios Çantakias, zədəlilər Filipe Paxtman və Ruslan Qurbanov oynamayacaq. Tural Bayramlının da bu matçda iştirak edib-etməyəcəyi bəlli deyil.
Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda gerçəkləşəcək qarşılaşma saat 16:00-da start götürəcək.