COVID-19 pandemiyası və Vətən müharibəsi dövründə müxtəlif tibb müəssisələrində fəaliyyət göstərmiş Azərbaycan milli komandalarının həkimləri Lalə İbrahimova və Natiq Süleymanova təşəkkürnamə təqdim olunub.
Sportnet.az-ın məlumatına görə, bununla bağlı AFFA İcraiyyə Komitəsi müvafiq qərar qəbul edib.
İbrahimova pandemiya, Süleymanov isə müharibə dövründəki fəaliyyətinə görə sözügedən mükafata layiq görülüb.