"Keşlə"nin məşqçisi Azər Bağırov "Neftçi" ilə Premyer Liqanın XIX turunun oyununda texniki zonadan qovulub.
Sportnet.az-ın məlumatına görə, o, baş hakim Rauf Cabbarovun qərarına etiraz etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, "Bakcell Arena"da keçirilən oyunda ikinci hissə gedir və hesab meydan sahiblərinin xeyrinədir - 3:0.