Azərbaycan millisinin və "Sabah" klubunun futbolçusu Bəhlul Mustafazadə zədələnib.
Sportnet.az-ın məlumatına görə, 24 yaşlı müdafiəçi XIX turda "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri görüşdə qolundan zədə alıb. Mustafazadə oyununun sonlarına yaxın komanda yoldaşı Saşa Stamenkoviçlə toqquşub.
Onun dəqiq durumuna bugünkü müayinədən sonra aydınlıq gələcək.