AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi və “Neftçi” klubunun müqavilə imzaladığı yaponiyalı futbolçusu Keysuke Honda ilə görüşüb.
Sportnet.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionundakı görüşdə futbolun inkişafı barədə fikir mübadiləsi aparılıb.
Toplantıda Bakı Olimpiya Stadionunda 2019-cu ilin mayında UEFA Avropa Liqasının final oyununun təşkil olunduğu, bu il isə AVRO-2020-nin 4 oyununun keçiriləcəyi vurğulanıb.
“Neftçi” klubunun prezidenti Kamran Quliyev də görüşdə iştirak edib.
Qeyd edək ki, Keysuke Honda martın 15-də "Neftçi" ilə müqavilə imzalayıb. O, mövsümün sonuna kimi "ağ-qaralar"ın formasını geyinəcək.