UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün son püşkatma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə ilk olaraq 1/4 final cütləri bəlli olub. Püşkü Türkiyə millisinin sabiq futbolçusu, Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Hamit Altıntop çəkib.
"Mançester Siti" (İngilərə) - "Borussiya" (Dortmund, Almaniya)
"Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə)
"Bavariya" (Almaniya) - PSJ (Fransa)
"Real Madrid" (İspaniya) - "Liverpul" (İngiltərə)
Yarımfinal
1. "Bavariya" (Almaniya) / PSJ (Fransa) cütünün qalibi - "Mançester Siti" (İngilərə) - "Borussiya" (Dortmund, Almaniya)
2. "Real Madrid" (İspaniya) / "Liverpul" (İngiltərə) cütünün qalibi - "Portu" (Portuqaliya) / "Çelsi" (İngiltərə) cütünün qalibi
Final
1 cütünün qalibi - 2 cütünün qalibi
Qeyd edək ki, 1/4 finalın ilk oyunları 6 - 7 apreldə, cavab qarşılaşmaları isə 13 - 14 apreldə gerçəkləşəcək. Yarımfinalın ilk görüşləri 27 - 28 apreldə, cavab qarşılaşmaları 4 - 5 mayda olacaq.
Final oyunu isə mayın 26-da Polşanın Qdansk şəhərindəki eyniadlı stadionda keçiriləcək.
---------------------------------------------
Bu gün UEFA Çempionlar Liqasında 1/4 və yarımfinal mərhələsinin püşkü atılacaq.
Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
1/4 finalda Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund), İngiltərənin "Çelsi", "Liverpul", "Mançester Siti", Fransanın PSJ, İspaniyanın "Real Madrid" və Portuqaliyanın "Portu" klubu iştirak edəcək.
Qeyd edək ki, 1/4 finalın ilk oyunları 6 - 7 apreldə, cavab qarşılaşmaları isə 13 - 14 apreldə gerçəkləşəcək. Yarımfinalın ilk görüşləri 27 - 28 apreldə, cavab qarşılaşmaları 4 - 5 mayda olacaq.