21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin daha bir yoxlama oyunu keçirəcəyi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda "Neftçi" ilə üz-üzə gələcək.
Martın 24-də “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçiriləcək qarşılaşma saat 16:00-da başlanacaq.
Qeyd edək ki, milli martın 20-də "Qarabağ", martın 27-də “Qaradağ Lökbatan”, martın 29-də isə "Qəbələ" ilə üz-üzə gələcək.