UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son 4 cavab matçından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu ada azarkeşlər arasında aparılan səsverməyə əsasən, İspaniyanın "Real Madrid" klubunun yarımmüdafiəçisi Luka Modriç layiq görülüb.
Xorvatiyalı oyunçu İtaliya "Atalanta"sına 3:1 hesabı ilə qalib gəldikləri matçda məhsuldar ötürmə ilə yadda qalıb və 94 faiz dəqiq ötürmə ilə oynayıb.