Almaniyanın "Bavariya" komandasının kamerunlu futbolçusu Erik Maksim Şupo-Motinq kuryoz hadisə nəticəsində millidən kənarda qalıb.
Sportnet.az-ın məlumatına görə, Kamerun Futbol Federasiyasının rəsmiləri yığmaya dəvət məktubunu Münhen klubunun əvəzinə, başqa ünvana göndəriblər.
Nəticədə təcrübəli oyunçunun milliyə çağırılmasından xəbəri olmayıb. FIFA-nın yığma üzvləri üçün qoyduğu vaxt başa çatdığından səhvi düzəltmək mümkün olmayıb.