
AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik növbəti təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, avstriyalı mütəxəssis UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real Madrid” (İspaniya) – “Liverpul” (İngiltərə) oyununun hakim-inspektoru olacaq.
Qeyd edək ki, qarşılaşma aprelin 6-da Madriddə keçiriləcək.