"İlk növbədə qazandığımız xallardan və komandadakı fantastik ab-havadan sonra isə oyunumuzdan razıyam".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Serbiya yığmasının futbolçusu Uroş Spayiç Bakıda Azərbaycan millisini 2:1 hesabı ilə məğlub etdikləri DÇ-2022-nin seçmə mərhələ oyunundan sonra "Republika" nəşrinə açıqlamasında deyib.
Niderlandın "Feyenord" klubunda çıxış edən 28 yaşlı müdafiəçi buraxdıqları qoldan da danışıb: "Buraxdığımız qola gəlincə... Axmaq qoldur, Demək olar ki, heç nədən penalti və heç bir şansımız yoxdur. Penalti vurulsa da, nəyisə dəf edəcəyinə, əlverişsiz vəziyyətdən çıxacağına və arzuolunan nəticəyə nail olacağına inandıqda hədəfə doğru gedərək qalib olacaqsan. Ola bilsin bu, daha şirin qələbədir".
Spayiç qazandıqları 3 xaldan razılıq ifadə edib: "Seçmə mərhə öncəsi bizə 3 oyuna 7 xal toplayacağımızı desəydilər, əlbəttə, bununla könülsüz razılaşacaqdıq".