Türkiyənin Antalya bölgəsində səfərdə olan Azərbaycan milli komandasının məşqçiləri ötən gün 2 yoxlama oyunuu izləyib. Sportnet.az-ın məlumatına görə, "İnter"in Almaniya "Enerji"si ilə görüşünü izləməyə 6 məşqçi yollanıb.
Bunlar əsas millimizdən Elxan Abdullayev, Draqan Spasiç, Qordan Tsipriç və Faiq Əzizov, eləcə də U-21 yığmamızdan baş məşqçi Yaşar Vahabzadə və köməkçisi Babək Alxasov olub. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Daha sonra Qurbanov, Əzizov, Vahabzadə və Alxasov, eləcə də Yanko Yankoviç "Simurq” – "Şaxtyor" (Karaqandı, Qazaxıstan) yoxlama oyununa baxıblar. Bu matçda isə Zaqatala komandası qalib gəlib - 3:1.