Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilk dəfə Qəbələyə səfər edib.
Sportnet.az xəbər verir ki, italiyalı mütəxəssis Premyer Liqanın XXII turunda bu gün keçiriləcək "Qəbələ" - "Neftçi" oyununu izləyəcək.
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.