AFFA-nın baş katibi Elxan Məmmədov Portuqaliyaya yollanıb. Sportnet.az-ın məlumatına görə, səfər Portuqaliya Futbol Federasiyasının dəvəti əsasında baş tutub.
Baş katib əvvəlcə "Football Talks 2015” konfransına qatılıb. Tədbirdə 0UEFA-nın prezidenti Mişel Platini, həmçinin Avropa futbol təşkilatının İcraiyyə Komitəsinin üzvləri də iştirak ediblər.
Qeyd edək ki, konfrans Portuqaliya Futbol Federasiyasının yaradılmasının 100 illik yubileyi ilə əlaqədar olaraq keçirilir.