Almaniyanın "Leyptsiq" futbol komandasının baş məşqçisi Yulian Nagelsman "Bavariya" ilə danışıqlara başladığına dair iddialara münasibət bildirib.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı mütəxəssis "Sport.sky.de" saytına açıqlamasında həmin xəbərləri təkzib edib.
Daha əvvəl Almaniya yığmasının keçmiş futbolçusu Lotar Matteus Nagelsmanın "Bavariya"da, Münhen təmsilçisinə rəhbərlik edən Hans-Diter Flikin isə millidə işləyəcəyini açıqlayıb.
Nagelsmanın sözlərinə görə, "Bavariya ilə danışıqlar aparılmayıb və indi də aparılmır: "Lotar Matteusun məlumatı haradan aldığına dair fikrim yoxdur. Klubla danışmamışam. Çünki müzakirə ediləcək nə isə yoxdur. "Leyptsiq"lə müqaviləm 2023-cü ildə başa çatacaq".