İngiltərə futbol üzrə Avropa çempionatının daha çox oyununa ev sahibliyi edəcək.
Sportnet.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, hansısa şəhərlərdə baş tutmayan AVRO-2020 matçları bu ölkəyə veriləcək.
UEFA İngiltərə Futbol Assosiasiyası Avropa Super Liqasına qarşı mübarizədə aparıcı rol oynadığı üçün bu addımı atacaq.
Qeyd edək ki, İspaniyanın Bilbao şəhərinin AVRP-2020-yə ev sahibliyi etməyəcəyi dəqiqləşib. Qitə çempionatı Şotlandiyanın Dublin və Almaniyanın Menhen şəhərlərindən də alına bilər.
Qeyd edək ki, Avropa çempionatı bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Londondakı "Uembli" stadionu D qrupunun oyunları ilə yanaşı, 1/8 final oyunu, yarımfinal qarşılaşmaları və iyulun 11-də final matçına ev sahibliyi etməlidir.
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.