
Yavarın 17-də futzal üzrə 2016-cı il Avropa çempionatının ilkin mərhələsi başa çatıb. Sportnet.az-ın məlumatına görə, bu mərhələnin yekununda Azərbaycan yığmasının növbəti mərhələdəki bütün rəqibləri məlum olub.
Reqlamentə əsasən, 6 qrupun bütün qalibləri, həmçinin ən yaxşı ikinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanıb. Azərbaycan yığmasının 4-cü qrup üzrə sonuncu rəqibi Danimarka olub. Millimiz qrupda, həmçinin Ukrayna və Belçika yığmaları ilə mübarizə aparacaq.
Əsas mərhələnin qrupları:
1-ci qrup: Rusiya, Niderland, Bosniya və Hersoqovina, Latviya;
2-ci qrup: İspaniya, Macarıstan, Makedoniya KYR, İsveçrə;
3-cü qrup: İtaliya (çempion), Belarus, Polşa, Finlandiya;
4-cü qrup: Ukrayna, Azərbaycan, Belçika, Danimarka;
5-ci qrup: Çexiya, Sloveniya, Norveç, Fransa;
6-cı qrup: Xorvatiya, Slovakiya, Türkiyə, Ermənistan;
7-ci qrup: Portuqaliya, Rumıniya, Qazaxıstan, Gürcüstan.
Qrup oyunları 2015-ci ilin 17 - 22 martda keçiriləcək. 4-cü qrupdakı qarşılaşmalar Bakıda təşkil olunacaq. Qrup qalibləri Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar. Qrup ikinciləri və ən yaxşı 3-cü yerin sahibi isə 15 - 22 sentyabr tarixlərində pley-offda üz-üzə gələcək.
Futzal üzrə Avropa çempionatı 2016-ci il 2 - 13 fevral aralığında Serbiyada keçiriləcək.