
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.
Sportnet.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, "11-liy"ə İngiltərənin "Mançester Siti" komandasından 5 oyunçu düşüb.
Digər 3 klub isə rəmzi komandada hərəyə 2 futbolçu ilə təmsil olunub.
Qapıçı: Ederson ("Mançester Siti")
Müdafiəçilər: Markinyos (PSJ, Fransa), Eder Militao ("Real Madrid", İspaniya), Antonio Rüdiger ("Çelsi", İngiltərə), Aleksandr Zinçenko ("Mançester Siti")
Yarımmüdafiəçilər: İlkay Gündoğan, Kevin De Bröyne, Riyad Mahrez (hər üçü "Mançester Siti"), Kristian Pulişiç ("Çelsi"), Anxel Di Mariya (PSJ)
Hücumçu: Kərim Benzema
Qeyd edək ki, yarımfinalın ilk oyunlarında "Çelsi" İspaniyada "Real Madrid"lə 1:1 hesablı heç-heçə edib, "Mançester Siti" isə Fransada PSJ-yə qalib gəlib - 2:1.