1960-cı ildən keçirilən futbol üzrə Avropa çempionatının ilk qalibi Vladimir Kesarev vəfat edib. Sportnet.az-ın məlumatına görə, V.Kesarev 85 yaşında dünyasını dəyişib.
O, qitə çempionluğuna keçmiş SSRİ millisinin heyətində nail olub. Karyerası ərzində uzun müddət (1956-1965) Moskva "Dinamo"sunun şərəfini qorumuş mərhum futbolçu 1958-ci il dünya çempionatında da çıxış edib. O, həm də 3 dəfə SSRİ çempionu olub.
Qeyd edək ki, Vladimir Kesarev SSRİ yığmasının formasını geyindiyi 6 il ərzində (1957-1963) 14 qol vurub.