
"Neftçi"nin futbolçusu Keysuke Honda Azərbaycan Premyer Liqasında ilk qolunu vurub.
Sportnet.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi "Keşlə"yə qarşı XXV tur matçında fərqlənib.
35 yaşlı oyunçu 74-cü dəqiqədə Əhməd Əhmədovun ötürməsini qola çevirib. O, 78-ci dəqiqədə Buno Teluşi ilə əvəzlənib.
Qeyd edək ki, "Neftçi" hazırda 2:0 hesabı ilə öndədir.