İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi problemlə üzləşib.
Sportnet.az-ın "Marca"ya istinadən məlumatına görə, argentinalı hücumçu evində komanda yoldaşlarına qonaqlıq verib. Onlar həm La Liqanın XXXIV turunda "Valensiya" üzərində qazandıqları 3:2 hesablı qələbəni qeyd ediblər, həm də mayın 8-də "Atletiko"ya qarşı keçirəcəkləri vacib qarşılaşmaya qeyri-formal durumda hazırlaşmaqdan ibarət olub.
Kapitan komandadaxili ab-havadan çox narahat olduğu üçün belə bir addım atıb. Futbolçular asudə vaxtlarını o qədər şən keçiriblər ki, Messinin villasından "Çempionlar-çempionlar, ole-ole-ole" sədaları eşidilməyə başlayıb.
34 yaşlı forvardın karantin qaydalarını pozması ilə əlaqədar La Liqa rəhbərliyi araşdırmalara başlayıb.
Məsələni və Kataloniya bölgəsinin rəsmiləri də yaxından izləyirlər. Bu regionda mayın 9-dək evdə 6 nəfərdən çox insanın toplanması qadağan edilib.
CAMPEONES chants can be heard from the gathering of the players at Messi's house
— Messi Worldwide (@Messi_Worldwide) May 3, 2021
What are they celebrating? ????
pic.twitter.com/MyOuCUVFkM