
Fransanın PSJ klubunun sabiq qapıçısı Kristof Reva dünyasını dəyişib.
Sportnet.az-ın məlumatına görə, 49 yaşlı veteran qolkiper evində ölü tapılıb. Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Kristof Reva daha çox ölkəsi Fransadakı çıxışı ilə məşhur olub. 1996 - 1998-ci illərdə PSJ-nin şərəfini qorumuş mərhum qapıçı "Havr", "Renn" və "Tuluza" komandalarında da çıxş edib. O, 3 dəfə çemionatın ən yaxşı qolkiperi seçilib.