UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, bu ada İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Riyad Mahrez layiq görülüb.
30 yaşlı oyunçu evdə Fransanın PSJ komandasına 2:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.
Qeyd edək ki, ilk görüşdə də eyni hesablı qələbə qazanan "şəhərlilər" finala yüksəlib. Mançester təmsilçisinin həlledici oyundakı rəqibi İngiltərənin "Çelsi" komandası olacaq.