UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün final oyununun yeri Türkiyənin İstanbul şəhərindən alınıb.
Sportnet.az xəbər verir ki, bu barədə məşhur jurnalist Nikola Skira özünün tvitter səhifəsində yazıb. O bildirib ki, rəsmi qərar bir neçə saat ərzində açıqlanacaq.
Bundan əvvəl UEFA Çempionlar Liqasının final oyununun İstanbuldan alınacağı ilə bağlı xəbərləri şərh etməyib.
“Çelsi” və “Mançester Siti” klublarının üz-üzə gələcəyi həlledici görüşün İngiltərənin paytaxtı London və ya Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcəyi deyilir.