"Oyuna pis başlamadıq. Hesabda önə keçəndən sonra komandada bir az boşalma oldu. Bu da penalti və qolla nəticələndi".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev səfərdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, ilk qolun təsirindən tam ayılmamış qapılarında ikinci topu gördülər: "Matçın sonlarında 2 real qol epizodumuz oldu. Bu gün uda və ya uduza bilərdik. Təəsüfləndirən odur ki, qalib gəldiyimiz oyunu heç-heçə ilə başa vurduq. Havanın da isti olması futbolçuların oynamağına mane olurdu".