"Lester"in futbolçuları İngiltərə Kubokunda qələbəni klubun idarə heyətinin sədri Ayyavat Şrivaddxanaprabha ilə birgə qeyd ediblər.
Sportnet.az-ın məlumatına görə, o, kuboku başı üzərinə qaldırmaq üçün "Uembli" stadionunun meydançasına çıxıb.
Ayyavat Şrivaddxanaprabha klubun keçmiş sahibi, "Kinq Pauer" stadionu yaxınlığında 2018-ci ilin oktyabrında helikopter qəzası nəticəsində dünyasını dəyişmiş Vişay Şrivaddxanaprabhanın oğludur. Tailandlı mərhum biznesmenin böyük posteri final oyunu zamanı "Uembli"dəki tribunalardan birində olub.
Qeyd edək ki, "Lester" "Çelsi"ni 1:0 hesabı ilə yenərək, tarixində ilk dəfə İngiltərə Kubokunu qazanıb.
A very special moment for the @LCFC chairman and his players ????#EmiratesFACup pic.twitter.com/l3zQK1WVhn
— Emirates FA Cup (@EmiratesFACup) May 15, 2021