
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi "Neftçi"nin futbolçusu Keysuke Honda və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla birlikdə Ağdama səfər edib.
Sportnet.az-ın məlumatına görə, onlar Cümə məscidində və "İmarət" stadionunda olublar.
Hər üç şəxs sözügedən stadionda topla oynama bacarığını nümayiş etdirib.
Yaponiyalı yarımmüdafiəçi sosial şəbəkə hesablarında səfərlə bağlı bunları yazıb: "Dünən Bakıda “Qarabağ”a qarşı oynadım. Əslində "Qarabağ" klubu ev oyunlarını indiki olduğum yerdə - Ağdamdakı "İmarət" stadionunda keçirməli idi. İnanıram ki,burada futbol yenidən doğulacaq".