21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Kiyevdə Valeri Lobanovskinin xatirəsinə keçirilən beynəlxalq turnirdə çıxışını başa vurub.
Sportnet.az xəbər verir ki, Özbəkistan yığması ilə qarşılaşan milli 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv ilk oyununda Ukrayna yığmasını 1:0 hesabı ilə məğlub edib. Mayın 28-də keçiriləcək Ukrayna – Özbəkistan oyunu ilə komandaların turnirdəki sıralamaları məlum olacaq.