Azərbaycanın FIFA referisi Əliyar Ağayev Türkiyə millisinin oyununa təyinat alıb.
Sportnet.az AFFA-nın saytına istinadən xəbər verir ki, o "ay-ulduzlular"ın Qvineya ilə yoldaşlıq matçının baş hakimi olacaq.
Mayın 31-də Antalya şəhərində keçiriləcək görüşdə Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, Türkiyə yığması ötən gün yoldaşlıq qarşılaşmasında Azərbaycan millisini 2:1 hesabı ilə məğlub edib.